"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş klubdakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi rəhbərlik ona ehtiyac duymadığı təqdirdə komandadan dərhal ayrılacağını bildirib:

"Bu dövrdə gördüyüm bir çox futbolçu kimi olmayacağam. Sadəcə burada qalmaq xatirinə qalmayacağam, müqaviləmi tamamlayıb sonrasında nə olacağına baxmayacağam. Klub mənə "Brunu, artıq yollarımızı ayırmaq vaxtıdır" dediyi an qapıdan ilk çıxan mən olacağam".