"Liverpul" İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"i 4:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Andoni İraola əvvəllər çalışdırdığı "Bornmut"un sükanı arxasında Premyer Liqada "Mançester Yunayted"ə qarşı keçirdiyi 6 oyunda məğlubiyyət yaşamayıb.
Həmin qarşılaşmalarda İraolanın komandası 2 qələbə qazanıb və 4 dəfə heç-heçə edib.
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp isə "Mançester Yunayted"ə qarşı ən uzun məğlubiyyətsiz seriyaya malikdir. Alman mütəxəssis 2018–2022-ci illər aralığında bu rəqibə qarşı 8 görüşdə uduzmayıb.


