Basketbol tarixinə adını qızıl hərflərlə yazdıran Maykl Cordan "Kosmik Cem" filminin çəkilişləri zamanı maraqlı hadisə ilə yadda qalıb. Altıqat NBA çempionu təsadüfən filmin rejissoru Co Pitkanın burnunu qırıb.
Offsideplus.az xəbər verir ki, bu hadisə barədə hər iki şəxs "Space Jam: Beyond the Jam" sənədli filmində danışıb. Cordan qeyd edib ki, Pitka basketbola böyük həvəs göstərirdi və harada olurdularsa, meydançada səbirsizliklə oynayırdı: "O, basketbolu çox sevirdi. Hər dəfə reklam çəkilişində belə, meydançada səbirsiz oynayırdı. Düşünürdü ki, yaxşı oynayır, amma əslində çox zəif idi. Həqiqətən də çox zəif idi".
Pitka isə əlavə edib: "Bilirsiniz, Lerri Berd mənim gördüyü ən zəif basketbolçu olduğumu deyirdi. Çarlz Barkli isə mənim ondan da pis oynadığımı söyləmişdi. Ona görə də fərqi yoxdur".
Cordan hadisənin təfərrüatını belə xatırlayıb: "Nəticədə oynamağa başladıq və oyun zamanı onun burnunu qırdım. Amma bilin ki, həmin gün çəkilişləri davam etdirdik". Pitka isə əlavə edib: "Yadımdadır, oyunu dayandırmadıq, baxmayaraq ki, burnumdan qan axırdı və hər yerə sıçrayırdı. 'Davam edirik, oynayırıq!' deyirdik". Cordan isə vurğulayıb: "Qan hər tərəfə axırdı". Pitka əlavə edib: "Səhnə işçilərindən biri arxamızca şotka ilə gəzirdi ki, qan xromakeyə düşməsin. Maykl heç vaxt güzəştə getmirdi – o, həmişə qələbəyə köklənmişdi. İnanılmaz insandır".


