Polşalı hücumçu Robert Levandovski MLS Kubokunun start mərhələsində "Çikaqo"nun "Şarlott"a qarşı oyununda fərqlənib. Görüşdə 38 yaşlı futbolçu komandasının yeganə qolunu vurub, lakin "Çikaqo" 1:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Levandovski MLS-də qol seriyasını 3 oyuna çatdırıb və bu müddətdə 4 dəfə rəqib qapısına yol tapıb. Mövsüm ərzində, pley-off da daxil olmaqla, onun hesabında 20 oyunda 10 qol və 4 məhsuldar ötürmə var.