Davit Volkov "Zirə"nin heyətində 50-ci qolunu vurub.

Offsideplus.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı hücumçu bu yubileyə Misli Premyer Liqasının XII turunda "İmişli" ilə səfər matçında (2:2) çatıb.

Qəsəbə təmsilçisinin heyətində 156-cı oyununa çıxan forvard qollarının 42-ni Premyer Liqada (124 oyun), 3-nü ölkə kubokunda (18 oyun), 5-ni isə avrokuboklarda (14 oyun) vurub.

Qeyd edək ki, "Zirə"də ilk qolunu 2020-ci il martın 8-də "Səbail"lə səfər görüşündə vuran Volkov klub tarixinin ən yaxşı bombardiridir.