Rusiyalı döyüşçü Maqomed Zaynukov UFC-də növbəti qarşılaşmasını gələn il yanvarın 17-də ABŞ-nin Dallas şəhərində keçirəcək.

Offsideplus.az xəbər verir ki,  onun rəqibi debütant Pyero Quaylupo olacaq.

Peşəkar karyerasında məğlubiyyətsiz irəliləyən (12 qələbə) perulu idmançı UFC-də ilk döyüşünə çıxacaq.

Keçirdiyi 9 görüşün hamısında qalib gələn Zaynukov sonuncu dəfə iyulun 25-də "UFC Fight Night" turnirində polşalı Damian Jepeçkini hakimlərin yekdil qərarı ilə məğlub edib.