UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda üz-üzə gələcək "Sabah" və İspaniyanın "Barselona" komandalarının oyunöncəsi mətbuat konfransları və media üçün açıq məşqlərinin vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, noyabrın 24-də Bakı Olimpiya Stadionunda keçiriləcək tədbirlərin qrafiki belədir:

18:00 – "Sabah"ın mətbuat konfransı

18:30 – "Sabah"ın media üçün açıq məşqi

19:15 – "Barselona"nın mətbuat konfransı

20:00 – "Barselona"nın media üçün açıq məşqi

Qeyd edək ki, "Sabah" – "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda, saat 21:45-də başlayacaq.