"Bavariya Münhen"in idman direktoru Maks Eberl "Real Madrid"in Maykl Oliseyə marağı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Eberl bu barədə bunları deyib: "Real Madrid" iki dəfə zəng edərək bizi əmin etdi ki, Olise ilə heç bir əlaqə olmayıb və yoxdur. Dünya çempionatı zamanı Maykldan mesaj aldım. Hətta dərhal açmağa tərəddüd etdim. Məlum oldu ki, bu, sadəcə Mayklın Manu Kone ilə birgə çəkilmiş fotosu idi və Kone mənə salam göndərirdi. Həmin an Mayklın "Bavariya Münhen"də qalacağına tam əmin deyildim".