NBA-da "Boston Seltiks"in baş məşqçisi Co Mazzulla komandasının "Qolden Steyt Uorriors"a 87:88 hesabı ilə uduzmasının əsas səbəblərini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Mazzulla oyundan sonra açıqlamasında hücumda atışların reallaşdırılmasında və müdafiədə ribaundların toplanmasında ciddi problemlərin olduğunu bildirib. "Hücumda oyunumuz atışların dəqiqliyi və kombinasiyaların icrası baxımından səmərəsiz idi. Bu məqamları təhlil etməli və nələri daha yaxşı edə biləcəyimizi müəyyənləşdirməliyik. Oyunçular üçün daha əlverişli mövqelər yaratmaq, daha yaxşı atış imkanları əldə etmək üçün hansı kombinasiyaları tətbiq edə bilərik? Eyni zamanda rəqibin hücumda 20 ribaund toplaması bizim üçün az problem deyil, bəlkə də daha ciddi məsələdir. Sadəcə top uğrunda mübarizəyə getmək və ribaundu qazanmaq lazımdır. Bu mübarizəni rəqibdən daha çox istəməliyik", – deyə Mazzulla vurğulayıb.
Qeyd edək ki, "Seltiks" ardıcıl dördüncü dəfə məğlub olub. Bu, son beş ildə komandanın ilk belə uğursuz seriyasıdır.


