“Mançester Yunayted” qış transfer pəncərəsində “Nyukasl”ın müdafiəçisi Lyuis Hollu heyətinə qatmaq üçün hərəkətə keçməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi Mançester təmsilçisi sol cinah müdafiəçisi mövqeyini gücləndirməyi prioritet hesab edir və ingiltərəli futbolçunun transferi üçün “Nyukasl”ın mövqeyini yoxlamağa hazırlaşır.

Qeyd edək ki, Lyuis Holl sentyabr ayında müqaviləsini yeniləyərək 2031-ci ilin iyununa qədər “Nyukasl”da qalmağa razılaşıb. Buna baxmayaraq, “Mançester Yunayted”in futbolçu üçün 70-80 milyon funt sterlinqdən artıq təklif irəli sürə biləcəyi bildirilir.

“Nyukasl” isə mövsümün ortasında müdafiəçini satmaq niyyətində olmadığını və onu toxunulmaz hesab etdiyini nümayiş etdirir.