“Yuventus” klubu “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeeni yanvar transfer pəncərəsində heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Luçano Spalletti fiziki cəhətdən güclü hücumçu transfer etməyi planlaşdırır.

25 yaşlı niderlandlı futbolçu idman direktoru Federik Massaranın əsas namizədlərindən biridir. “Mançester Yunayted” onunla yollarını ayırmağa hazırdır, Zirkzee də klubdan ayrılmağa müsbət yanaşır.

Bununla yanaşı, “Komo” və “Napoli” də yanvarda futbolçunun transferi imkanlarını araşdırır. Beləliklə, Zirkzeenin xidmətində bir neçə İtaliya klubunun maraqlı olduğu bildirilir.