İspaniyalı yarımmüdafiəçi Xuan Mata "Mançester Yunayted"in Aleks Ferqyusondan sonra uğura yalnız qısa müddətdə nail olmağa çalışdığını bildirib.

Offsideplus.az xəbər verir ki, Mata bu barədə The Rest is Football podkastında danışıb. O qeyd edib ki, Luis van Qal və Joze Mourinyo dönəmində klubun əsas məqsədi tez bir zamanda nəticə əldə etmək idi: "Bəzən buna nail olurduq. Məsələn, 2017-ci ildə Mourinyonun rəhbərliyi altında Avropa Liqasını, 2016-cı ildə isə İngiltərə Kubokunu qazandıq. Əlbəttə, titullarımız oldu. Amma hesab edirəm ki, belə böyük klubda kim olmaq istədiyini, hazırda nəyi təmsil etdiyini dəqiq bilmək və bu istiqamətdə oyunçu və məşqçi seçimini aparmaq vacibdir. Əks halda, digər klublar düzgün transferlər və uyğun məşqçilər seçəcək, sən isə onlardan xeyli geri qalacaqsan".