“Barselona” bu transferdən imtina edib.
Offsideplus.az xəbər verir ki, Katalonlar “Mançester Yunayted”in 16 yaşlı istedadlı futbolçusu JJ Qabrielin transferi uğrunda mübarizədən çəkilib.
Kataloniya klubu yüksək komissiya haqları və transferin ümumi maliyyə yükü səbəbindən bu addımı atıb. Razılaşmanın ümumi dəyərinin 15 milyon avroya çata biləcəyi bildirilir. Bu məbləğə “Mançester Yunayted”ə ödəniləcək təlim kompensasiyası, futbolçunun beşillik maaşı və nümayəndələrinə veriləcək komissiyalar daxildir.
“Real Madrid” isə futbolçunun maliyyə tələblərini qəbul edib. Beləliklə, Madrid klubu JJ Qabrielin transferində əsas namizədə çevrilib.



