“Real Madrid” yarımmüdafiəçisi Federiko Valverde üçün yeni müqavilə hazırlayıb.
Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Məlumata görə, tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Yeni anlaşmaya əsasən, 28 yaşlı futbolçunun maaşı da artırılacaq və o, komandanın ən yüksək ödəniş alan oyunçularından birinə çevriləcək.
Valverdenin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.


