“Barselona” “Tvente”nin müdafiəçisi Ruud Niştadın transferi uğrunda mübarizədə “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti” ilə rəqabət aparmalı olacaq.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçunun transferində indiyədək Kataloniya klubu ön planda olub. Lakin “Tvente”nin onun üçün 20 milyon avrodan artıq təzminat tələb etməsi yanvar ayında keçidin reallaşmasını çətinləşdirə bilər.

Bildirilir ki, Niştad “Barselona”ya keçməyə müsbət yanaşır. Bununla belə, “Tvente” futbolçunu qışda satmağa razı olsa belə, mövsümün sonunadək komandada icarədə qalmasını istəyir.