PSJ-nin cinah oyunçusu Dezire Due ağır zədədən sonra sosial şəbəkədə paylaşım edib. 21 yaşlı fransalı futbolçu ön çarpaz bağlarını zədələyib və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Offsideplus.az xəbər verir ki, Dezire bildirib: "Bu, mənim üçün ağır məqamdır, zədə məni kədərləndirir. Amma əminəm ki, daha güclü qayıdacağam. Yeni sınaq, daha yaxşı olmaq üçün yeni imkan deməkdir. Mənə göstərdiyiniz dəstəyə və sevgiyə görə hər birinizə təşəkkür edirəm. İnamımı itirmirəm!"

Onu komanda yoldaşları və digər klubların futbolçuları da dəstəkləyib. "Real Madrid"in cinah oyunçusu Vinisius Junior yazıb: "Güclü ol!"

PSJ-nin digər cinah oyunçusu Xviça Kvaratsxeliya, oxşar zədədən bərpa olunan futbolçu, emosiya işarələri ilə dəstəyini göstərib.

"Liverpul"un hücumçusu Yuqo Ekitike isə qeyd edib: "Daha güclü qayıdacaqsan. Prosesə inan!"