NBA-nın 2026/27 mövsümündə keçirilən oyunlarda Avropalı basketbolçular parlaq çıxışları ilə yadda qalıb. Luka Donçiç "Los Anceles Leykers"in "Yuta Caz" üzərində 109:94 hesablı qələbəsində əsas rol oynayıb. Sloveniya millisinin lideri ilk hissədə 14 xal toplamaqla ümumilikdə 28 xalla yanaşı, 8 assist, 4 ribaund və 1 top oğurlama ilə fərqlənib. "Leykers"in ehtiyat oyunçusu Sandro Mamukelaşvili 2 xal, "Yuta"nın ukraynalı basketbolçusu Svyatoslav Mixaylyuk isə 4 xal əldə edib.

Offsideplus.az xəbər verir ki, "Portland Treyl Bleyzers"in israilli oyunçusu Deni Avdija "Filadelfiya 76ers"ə qarşı matçda 31 xal toplayaraq komandasının 128:111 hesablı qələbəsində əsas pay sahibi olub. Belçikalı Toumani Kamara və fransalı Sidy Sisoko hərəyə 5 xal əlavə edib. "Filadelfiya"nın heyətində türkiyəli Adem Bona 4 xalla yadda qalıb, fransalı Rayan Rupert isə meydana çıxmayıb.

"San Antonio Spurs"un fransalı ulduzu Viktor Vembanyama zədə səbəbindən "Sakramento Kinqs"lə oyunu kənardan izləyib. "Kinqs"in litvalı oyunçusu Domantas Sabonis 20 xal və 12 ribaundla dubl-dabl edib. İsrailli Emanuel Şarp və ukrayna-belaruslu Aleks Karaban isə xalsız qalıb.

Türkiyəli mərkəz Alperen Şengün "Hyuston Rokets"in "Los Anceles Klippers" üzərində 116:104 hesablı qələbəsində 20 xalla seçilib. Serbiyalı Boqdan Boqdanoviç 2 xal, "Klippers"in isveçrəli basketbolçusu Yanik Konan Niderhauser isə 2 xal toplayıb. İspaniyalı Baba Miller cəmi 39 saniyə meydanda olub.

"İndiana Peysers" "Oklahoma Siti Thunder"i 125:120 hesabı ilə məğlub edib. "Thunder"in kanadalı ulduzu Şay Gilcus-Aleksandr 38 xalla gecənin ən məhsuldar oyunçusu olub. Xorvatiyalı İvitsa Zubaç 14 xal və 15 ribaundla oyunun ən yaxşılarından olub. Almaniyalı İsayya Hartenşteyn və belçikalı Acay Mitçell müvafiq olaraq 18 və 12 xal toplayıb.

"Çikaqo Bulls" "Klivlend Kavalers"i 122:108 hesabı ilə üstələyib. Litvalı Matas Buzelis 15 xal, fransalı Noa Essengue isə 6 xal toplayıb. "Kavalers"in xorvatiyalı oyunçusu Mario Hezonya ehtiyatdan meydana çıxaraq 4 xal əldə edib.

Finlandiyalı baş məşqçi Tuomas İisalo "Memfis Qrizlis"i "Şarlott Hornets" üzərində 117:111 hesablı qələbəyə aparıb. "Hornets"in fransalı oyunçusu Moussa Diabate 10 xal və 10 ribaundla dubl-dabl edib. Almaniyalı Kristian Anderson Jr. 25 xalla komandasının ən məhsuldar oyunçusu olub. O, 12 atışdan 9-da dəqiq olub və 6 üçlük isabətə imza atıb. Almaniyalı ehtiyat oyunçu Hannes Ştaynbax isə 3 xal toplayıb.