UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Sabah" – "Barselona" oyunu ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.
Offsideplus.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, sabah Qırmızı xəttin bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Matçdan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin sıxlığına uyğun tənzimlənəcək, stansiyalarda nəzarət gücləndiriləcək. Yaşıl (M2) və Bənövşəyi (M3) xətlər isə adi qrafiklə işləyəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq "Sabah" – "Barselona" qarşılaşması saat 21:45-də başlayacaq.


