"Bavariya" mərkəz hücumçusu axtarışını davam etdirir və Erik-Maksim Şupo-Motinqin yenidən Münhen klubuna qayıtması gündəmdədir.

Offsideplus.az xəbər verir ki, Sky Sport-un məlumatına görə, 37 yaşlı Şupo-Motinq "Bavariya"nın hücum xəttini gücləndirmək üçün namizədlərdən biridir. Hazırda alman klubu futbolçunun transferi üçün növbəti addım atıb-atmayacağına qərar verməyib. Qeyd edək ki, Şupo-Motinqin "Nyu-York Red Bulls" ilə müqaviləsi ilin sonunda başa çatacaq. O, 2020-2024-cü illərdə də "Bavariya"da çıxış edib.

Xatırladaq ki, "Bavariya"nın hücumçusu Harri Keyn əməliyyat olunduğu üçün təxminən üç ay yaşıl meydanlardan kənarda qalacaq.