UFC-nin keçmiş çempionu Şon O'Malli Con Consla Coş Hokit arasında döyüşün təşkil olunmasını vacib sayır.
Offsideplus.az xəbər verir ki, o, hesab edir ki, bu qarşılaşma şəxsi xarakter daşıyır və UFC tarixinin ən böyük döyüşlərindən birinə çevrilə bilər.
O'Malli bu barədə belə danışıb: "Biz Hokitin Consla döyüşünü görmək istəyirik. Onların münasibətlərini qəfəsdə həll etməsi lazımdır və ehtimal ki, bu UFC tarixinin ən möhtəşəm qarşılaşmalarından olacaq. Hər şey şəxsi müstəviyə keçəndə, Konorla Xabibin döyüşündə olduğu kimi, qarşıdurma daha böyük miqyas alır. Burada da münasibətlər şəxsi xarakter daşıyır. Üstəlik, söhbət ağır çəki döyüşçülərindən gedir və nədənsə, azarkeşlər ən çox məhz bu çəkidə döyüşləri izləmək istəyir. Cons tarixdə ən böyük döyüşçüdür, Hokit isə superulduza çevrilir. Consla Kormyenin qarşıdurması sərt idi, amma heç vaxt bu səviyyəyə çatmamışdı. Konorla Xabibin münaqişəsində isə din və ailə məsələləri də işə qarışmışdı. Onlar bir-birinə qarşı ən güclü nifrət hissi keçirirdilər. İndi də hər şey eyni istiqamətdə gedir. Sadəcə, hələ kifayət qədər vaxt keçməyib ki, münaqişə o səviyyəyə çatsın, amma bu, baş verəcək."
Coş Hokit isə bildirib: "Sparrinqdə Consu təkcə cab ilə üstələyirdim. Qarşılaşanda o, mənə silah tuşlayacaq."


