Filadelfiya "Siksers"in müdafiəçisi Tayriz Maksi "Portland Treyl Bleyzers"ə 111:128 hesabı ilə uduzduqları oyundan sonra komandasının müdafiədəki qərarsızlığının rəqibə üstünlük verdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları deyib:
"Biz sona qədər müdafiədə sıx oynayıb, onları səhvə məcbur etməli idik. Bu gün bunu edə bilmədik, üstəlik onlar da bir neçə çətin atışı dəqiq yerinə yetirdilər. Deni Avdiya sıx müdafiəyə baxmayaraq bir neçə üçlük vurdu. Skuut Henderson da bir neçə dəfə fərqləndi. Bu gün onların atışları alınırdı".
Statistikaya görə, "Siksers" üçxallıq atışlarda cəmi 27 faiz (9/33) dəqiqlik göstərib, "Treyl Bleyzers" isə 45 faizlə (19/42) oynayıb.


