Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının “Əl-Sədd”lə oyununda penaltini dəqiq yerinə yetirərək karyerasının 987-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu 11-ci dəqiqədə Kamaranın müdaxiləsindən sonra qazanılan penaltini qola çevirib. Bu, Ronaldonun ardıcıl üçüncü oyunda fərqlənməsi olub.
Beləliklə, 1000-ci qoluna çatmaq üçün ona cəmi 13 qol qalıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində isə “Əl-Sədd”in futbolçusu Vəad sürətli künc zərbəsindən sonra hesabı bərabərləşdirib.


