Braziliyalı müdafiəçi Tiaqo Silva 42 yaşında da futbolçu karyerasını davam etdirməyi düşünür.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu fiziki cəhətdən özünü yaxşı hiss edir və ailəsi də onun daha bir mövsüm oynamasını dəstəkləyir.

Silvanın ilk seçimi “Fluminense”dir. Klub da müdafiəçi ilə müqaviləni 2027-ci ilin sonunadək uzatmaq istəyir.