Deni Avdiya "Portlend Treyl Bleyzers"in heyətində çıxış etdiyi qarşılaşmada komandasının səfərdə "Filadelfiya Siksers" üzərində 128:111 hesablı qələbəsində əsas fiqurlardan biri olub. O, bu oyunda 31 xal toplayıb və 7 assistlə yadda qalıb. Bu nəticə ilə "Siksers"in beş oyunluq qələbə seriyası dayandırılıb.

Offsideplus.az xəbər verir ki, Avdiya matçdan sonra açıqlamasında rəqibdən asılı olmayaraq hər zaman eyni yanaşma ilə oynadığını bildirib. "Məncə, oyun zamanı çox analiz etmirəm. Sadəcə meydana çıxıb zövq alıram, aqressiv oynamağa və hər dəfə düzgün qərar verməyə çalışıram. Qarşılaşmanın ilk hissəsində yaxşı ritm tutdum", – deyə israilli basketbolçu vurğulayıb. LeBron Ceymsə qarşı oynamaq barədə suala isə Avdiya belə cavab verib: "Mənim üçün fərqi yoxdur, kimə qarşı oynayıram. Hər axşam meydana çıxıb mübarizə aparıram. Heç kimdən qorxmuram".