UFC Qətərdə keçirilən turnirdən sonra reytinqləri yeniləyib. Navaxo Stirlinq İrji Proxazka üzərində nokautla qazandığı qələbədən sonra yarım-çəki dərəcəsində üçüncü pilləyə yüksəlib. İkram Aliskerov isə Cared Kannonyerə qalib gəldikdən sonra orta çəki dərəcəsində ilk onluğa daxil olub.

Offsideplus.az xəbər verir ki, Kevin Valexos Alcameyn Stirlinqə qalib gəldikdən sonra yarım-yüngül çəki dərəcəsində ilk üçlüyə daxil olub. Magomed Ankalaev Navaxo Stirlinqə döyüş təklif edib: "Gəlin bunu fevralda Avstraliyada edək".