Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının D qrupunda bu gün debüt oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə İtaliyanın "Savino Del Bene" komandası ilə qarşılaşacaq.
Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" klubları ilə də mübarizə aparacaq.


