UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu çərçivəsində "Real Madrid" evdə PSV-ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, meydan sahibləri 5:1 hesabla rəqibi ni darmadağın etdi.

Oyunda son qolu Vinicius vurdu. Kilian Mbappe isə Vinisius Juniorun qolundan sonra bütün “Real Madrid” komandasını onun yanına çağıraraq qolu birlikdə qeyd etməyə dəvət edib. 

Bununla yanaşı, Mbappe matçın ən yaxşı oyunçusu mükafatını Vinisius Juniora hədiyyə edib. 

Fransalı futbolçunun Vinisiusun qolundan sonra etdiyi bu jest əsl centlmenlik nümunəsidir. 

Bunlar komanda daxilində "eqo savaşı"nın bitməsini göstərir.