"Çelsi"nin müdafiəçisi Uesli Fofana İngiltərə Liqa Kubokunda "Liverpul"a qarşı penaltilər seriyasında qaçırdığı zərbəni zarafatla xatırlayıb.
Offsideplus.az xəbər verir ki, futbolçu həmin epizodun artıq onun üçün ciddi olmadığını bildirib: "Əgər penalti qaçırıram, bu, faciə deyil. Əlbəttə, bu, əsəbləşdirir, amma kiminsə mənə irad tutması məni narahat etmir. Çünki üç gün sonra yeni oyun olacaq. Qələbə qazandıqda, penalti epizodu dərhal unudulur. Futbol belədir. Mən zərbəni qaçırdım. Amma zərbə gözəl alındı, gördünüz? Top birbaşa 'Enfild'in damına getdi. Yadımdadır, tribunada çox yuxarıda oturan azarkeşlərdən biri topu tutdu. Bəli, qaçırdım, amma indi buna gülürəm, çünki bu, futbolun bir hissəsidir. Necə varsa, elə də qəbul edirəm".


