"Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakov meydanda bəzən emosiyalarını cilovlamaqda çətinlik çəkdiyini etiraf edib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının 5-ci turunda "Aston Villa"ya qarşı keçirilən oyunda (1:0) Batrakov Con Makginnlə insident yaşayıb. 52-ci dəqiqədə Makginn onu cinahda yıxdıqdan sonra Batrakov ayağa qalxarkən əvvəlcə rəqibinə təpik atmağa cəhd edib, daha sonra isə meydanda oturan Makginnə yaxınlaşıb və onu sinəsindən itələyib.

Batrakov oyundan sonra bildirib: "Artıq müəyyən qədər öyrəşmişəm. Amma açığı, bura gələnlərə səmimi qəlbdən həsəd aparıram. 'Qalatasaray'ın ev stadionunun atmosferini hiss edənlərə. Mən də bir az bu ab-havaya uyğunlaşmağa çalışıram ki, meydanda soyuqqanlı olum. Amma bəzi anlarda bu, alınmır, çünki emosiyalar həddindən artıq güclü olur".