PSJ-nin ispaniyalı hücumçusu Ferran Torres yetirməsi olduğu "Valensiya" klubunun stadionu yaxınlığında yerləşən ofis binasını 7 milyon avroya satın alıb.
Offsideplus.az xəbər verir ki, uzun illər "yarasalar"ın sistemində çıxış etmiş futbolçu doğma klubuna maliyyə baxımından dəstək olub. İspaniya təmsilçisinin bu infrastrukturu satmaq qərarı yeni arenaya köçmək və klub ofislərini orada yerləşdirmək planları ilə bağlıdır.
Satışdan əldə olunan vəsaitin "Valensiya"nın transfer büdcəsinə yönəldiləcəyi və qış transfer pəncərəsində heyətin gücləndirilməsinə sərf olunacağı bildirilir. Hazırda La Liqada 13 turdan sonra aktivində 12 xal olan komanda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Nou Mestalla" stadionunun tikintisinin bərpasından sonra klubun ümumi borcu 592,8 milyon avroya yüksəlib. Buna baxmayaraq, "Valensiya" 2025/2026 mövsümünü 320 min avro xalis mənfəətlə başa vurmağı bacarıb.


