"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino Premyer Liqada "Liverpul"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra ilk qolu düzgün saymadıqlarını bildirib.

Offsideplus.az xəbər verir ki, Poçettino həmin epizodda Dominik Soboslayın sərbəst zərbədən vurduğu qolun ləğv edilməli olduğunu qeyd edib: "Düşünürəm, biz özümüz buna diqqət yetirmədik, amma Bruno bunu görüb hakimin diqqətinə çatdırdı. O, ağıllı və meydanda baş verənləri yaxşı anlayır, buna görə də kapitanımızdır. Heç kim qoldan danışmadı, amma həmin qol qaydalara uyğun vurulmamışdı. Barcola bizim divara toxundu. Keçən mövsüm Eze 'Kristal Pelas'la oyunda qol vuranda həmin epizodda qol ləğv edilmişdi. Niyə bu dəfə VAR susdu, epizodu yoxlamadı? Bu qol ləğv edilməli idi".