Çempionlar Liqası mərhələsinin bu turunda bu gün doqquz oyun keçiriləcək. 

Offsideplus.az oyunlar haqqında Süni İntellektin fikirlərini öyrənib.

Diqqət Azərbaycan təmsilçisi "Sabah"dadır. “Bayquşlar” saat 21:45-də evdə İspaniya çempionu "Barselona" ilə qarşılaşacaq. Statistik hesablamalara görə, qonaqların qələbə şansı 90,6%, heç-heçənin ehtimalı 6,1%, "Sabah"ın qələbə ehtimalı isə 3,3%-dir.

Eyni vaxtda Praqada "Slaviya" "Vilyareal"ı qəbul edəcək. Qonaqlar azacıq üstün görünür: "Vilyareal"ın qələbə ehtimalı 43,6%, "Slaviya"nınkı 30,6%, heç-heçənin ehtimalı 25,8%-dir.

Günün qalan yeddi oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq:

"Atletiko" – "Vikinq": Madrid təmsilçisinin qələbə ehtimalı 87,2%-dir.

"Brügge" – "Liverpul": İngiltərə klubu 59,3% ilə favoritdir.

"İnter" – "Ştutqart": İtaliya çempionunun şansı 68,1%-dir.

"Lill" – "Bavariya": Almaniya qrandı 60,6% ilə öndədir.

PSJ – "Roma": Paris klubunun qələbə ehtimalı 65,4%-dir.

"Şaxtyor" – "Fənərbağça": Ən bərabər görünən qarşılaşmalardan biridir. Fənərbağça 37,9%, "Şaxtyor" 35%, heç-heçə 27,1%.

"Sportinq” – "Mançester Yunayted": Burada da qüvvələr bərabərdir. Yunayted 37,8%, "Sporting" 36,5%, heç-heçə 25,7%.