Keçmiş UFC çempionu Tayron Vudli İslam Maxaçevin çempionluq titulunun əlindən alınmasını təklif edib.

Offsideplus.az xəbər verir ki, Vudli rusiyalı döyüşçünün hələ də Həbib Nurməhəmmədovun kölgəsində qaldığını və ona meydan oxuyan hər kəslə oktaqona çıxmalı olduğunu bildirib.

O, Maxaçevi rəqiblərdən yayınmaqda və divizionu ləngitməkdə günahlandıraraq sərt açıqlama verib:

"Mən bütün titul döyüşlərimi zədəli halda keçirmişəm. Əgər zədələnməmisənsə, özünü kim hesab edirsən? İliya Topuriyadan qaçdın və indi də divizionu girov saxlayırsan. Onun kəmərini əlindən alın! Dəmiən Mayaya qarşı döyüşdə çiyin oynağımda ciddi zədə var idi. Dekabrda əməliyyat olundum və Dana Uayta dedim ki, Kolbi Kovinqtonla döyüşmək üçün mənə altı ay vaxt versin. Halbuki bu müddət yalnız reabilitasiya üçün lazım idi. Conni Hendriksə qarşı döyüş təklif olunanda isə baldırımda tromb olduğu üçün qan durulaşdırıcı dərmanlar qəbul edirdim. Bu divizion əfsanəvidir, bura Jorj Sen-Pyerin çəki dərəcəsidir. Bu sözləri Maxaçevə çatdırın".