Çempionlar Liqasının "Aston Villa" ilə oyunundan sonra "Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandanın yarımmüdafiəçisi Aleksey Batrakov barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Buruk Batrakovu yüksək səviyyəli futbolçu adlandırıb və onun çıxışının onlar üçün sürpriz olmadığını bildirib: "Aleksey yüksək səviyyəli futbolçudur. Onun oyunu bizim üçün sürpriz deyil. Keyfiyyətlərini yaxşı bilirik".

Türkiyə çempionatının cari mövsümündə Batrakov 10 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.