Keçmiş UFC çempionu Daniel Kormye braziliyalı döyüşçü Aleks Pereyranın ağır çəkidəki perspektivləri və mümkün titul şansı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kormye Pereyranın rusiyalı Sergey Pavloviçə uduzacağı və yenidən yarımağır çəki dərəcəsinə qayıdacağı təqdirdə, növbə gözləmədən kəmər uğrunda döyüşəcəyini bildirib:
"Əgər Aleks Pereyra məğlub olsa və yarımağır çəkiyə qayıtsa, ona dərhal titul döyüşü veriləcək. Ağır çəkidə möhkəmlənə bilməsə, heç kim ondan əvvəl kəmər şansı almamalıdır. Hazırda isə əsas iddiaçı Navaxo Sterlinqdir".
Qeyd edək ki, Aleks Pereyra ilə Sergey Pavloviç arasındakı görüş Bakı vaxtı ilə dekabrın 13-də Las-Veqasda keçiriləcək UFC 335 turnirində baş tutacaq.


