Sabiq Formula 1 pilotu və dördqat Paralimpiya çempionu Aleks Zanardi 59 yaşında vəfat edib.

Offsideplus.az xəbər verir ki, 90-cı illərdə F1 və CART seriyalarında yarışan italyan pilot, 2001-ci ildə Almaniyada keçirilən yarışda ağır qəza keçirmiş və hər iki ayağını itirmişdi. Lakin o, idmandan uzaqlaşmayaraq para-velosipedə keçmiş, London (2012) və Rio (2016) Paralimpiya Oyunlarında ümumilikdə 4 qızıl və 2 gümüş medal qazanmışdı.

Zanardinin ailəsi onun mayın 1-də, yaxınlarının əhatəsində dinc şəkildə vəfat etdiyini bildirib.

Qeyd edək ki, idmançı 2020-ci ildə velosiped yarışı zamanı yük maşını ilə toqquşaraq ağır kəllə-beyin travması almış və uzun illər müalicə olunmuşdu.