"Brayton"un baş məşqçisi Fabian Hürzeler komandanın standart vəziyyətlər üzrə məşqlərinə MMA döyüşçüsü gətirdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ​Hürzeler bu addımı Premyer Liqadakı sərt rəqabətə uyğunlaşmaq istəyi ilə əsaslandırıb. Gənc mütəxəssis bu barədə belə deyib:

"Onu komandaya cəlb etdik, çünki standart vəziyyətlər, bloklar və Premyer Liqadakı yeni trendlər haqqında çox danışdıq. Bunlara adaptasiya olmağa çalışırıq, çünki bu klubun hər zaman 'yumşaq' bir komanda kimi tanınmasını istəmirəm."

​"Brayton" bu qərarla rəqiblərin fiziki təzyiqinə qarşı daha dayanıqlı olmağı və oyunun müdafiə elementlərini sərtləşdirməyi hədəfləyir.