"Fənərbağça" klubunda ötən günlərdə göndərilən Domeniko Tedeskonun qovulma səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Domeniko Tedeskonun derbidəki 0:3 hesablı məğlubiyyətdən sonra rəhbərliyə dediyi sözlər "Fənərbağça"da bardağı daşıran son damla olub.
Məlumata görə, italyan mütəxəssisin ağır məğlubiyyətin ardından klub rəsmilərinə "Qalatasaray çox yaxşı komandadır" - şəklində açıqlama verməsi idarə heyətində böyük narazılıqla qarşılanıb. Əzəli rəqibə qarşı keçirilən derbidən sonra səsləndirilən bu etiraf rəhbərliyin səbrini daşırıb.
Tedeskonun komandanın performansını müdafiə etmək əvəzinə rəqibi tərifləməsi onun göndərilməsi prosesində həlledici rol oynayıb.
"Fənərbağça" rəhbərliyi bu yanaşmanı qəbuledilməz hesab edərək məşqçi ilə yolları ayırmaq qərarına gəlib.


