UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi" bu gün "Dinamo" ilə üz-üzə gəlir. 

Offsideplus.az xəbər verir ki, Minsk təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

İlk oyunda Yuri Vernidubun komandası 2:4 hesabı ilə uduzub. 

Qeyd edək ki, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) səddini aşsa, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası, II təsnifat mərhələsi

21:00 "Dinamo" (Belarus) 0:1 "Neftçi" (Azərbaycan) (İlk oyun - 4:2)

Qol: Breno Almeyda (12')