Fransa millisinin futbolçusu Maykl Olise 2026 Dünya Çempionatındakı çıxışları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Fransa yığması yarımfinalda İspaniyaya 0:2 hesabı ilə uduzub, üçüncü yer uğrunda görüşdə isə İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
"Kuboku geri qaytara bilməməyimiz böyük məyusluqdur. Turnirin belə bitəcəyini təsəvvür etmirdik. Dünya çempionatında Fransa millisinin formasını geyinmək həmişə mənim üçün bir arzu olub və belə də qalacaq. Kuboku qaldıra bilməsək də, dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə verən oyunçu kimi rekorda imza atdığım üçün qürur duyuram. Amma ən çox istədiyim, komanda yoldaşlarımız, məşqçilər və azarkeşlərlə birlikdə dünya çempionu olmaq idi. Bu məqsəd bizi daim ruhlandıracaq və ümid edirəm ki, gələcəkdə sizə yeni sevinc və unudulmaz anlar yaşada biləcəyik. Baş məşqçi Didye Deşam məni ilk dəfə milliyə dəvət etdiyi və ən çətin anlarda belə mənə inandığı üçün ona təşəkkür edirəm. Həmişə ona minnətdar olacağam və gələcək karyerasında uğurlar arzulayıram. Təşəkkürlər, Fransa", – Olise bildirib.


