Ceylen Braun özünün dəyərləndirilməməsi ilə bağlı növbəti dəfə açıqlama verib. O bildirib ki, MVP yarışında ilk beşlikdə yer alıb və əslində birinci olmalı idi, lakin səsverməni mətbuat həyata keçirir.
Offsideplus.az xəbər verir ki, "Boston Seltiks"in müdafiəçisi əlavə edib: "Ulduzlar oyununda start heyətində idim. Onlar mənə gəldikdə həmişə planı dəyişirlər. Qoy belə olsun, mən onların tanınmasına ehtiyac duymuram, öz məqsədlərimi müəyyənləşdirirəm. Daha yaxşı olacağam. Detallarda və effektivlikdə inkişaf edəcəyəm. İnsanlar düşünür ki, artıq zirvəmə çatmışam, uğursuzluq arzulayırlar və ya yenə də planı dəyişəcəklər".


