Tanınmış rusiyalı mütəxəssis Oleg Romantsev İspaniya millisinin oyun üslubunu 90-cı illərin "Spartak"ı ilə müqayisə edib.

Offsideplus.az xəbər verir ki, o, İspaniyanın sürətli ötürmələrə əsaslanan futbolunun ona rəhbərlik etdiyi "Spartak"ın oyununu xatırlatdığını bildirib. O qeyd edib ki, həmin dövrdə bu üslub yalnız komandanın futbolçularına deyil, rəqib azarkeşlərə də xoş gəlirdi.

"Səmimi deyirəm, İspaniyanın sürətli və qısa ötürmələrlə hücum qurmasını izləyəndə, məhz sizin dediyiniz o illər yadıma düşdü. O vaxt belə oyun "Spartak"ın vizit kartı idi. Ona görə də, futbola sadiq qalan və daim heyran olduğum bu üslub sayəsində çempion olan İspaniya millisinə ürəkdən sevinirəm. Bu oyun ağıllı və dəqiq yarımmüdafiə xəttinə əsaslanır. İspanların cinah yarımmüdafiəçiləri – Ruis, Baena, Yamal və dayaq yarımmüdafiəçisi Rodri ilə bu xətt hərtərəfli güclüdür. Onlar həm hücumda, həm də müdafiəyə qayıdışda sürətlidirlər, komanda yoldaşlarını yaxşı hiss edirlər və oyunu idarə etməyi bacarırlar. Burada əsas rol kapitan Rodrinin payına düşür. Təsadüfi deyil ki, FIFA onu turnirin ən yaxşı oyunçusu seçdi, baxmayaraq ki, bir çoxları bu ada Messinin layiq olacağını düşünürdü. Məni bu qərar təəccübləndirmədi, çünki Lionel Qətərdəki kimi parlaq təsir bağışlamadı. 90-cı illərdə isə yarımmüdafiəçilərlə bağlı heç bir problemim yox idi – Karpin, Mostovoy, Tsımbalar, Kulkov, Ledyaxov, Aleniçev, Titov, Tixonov... Həqiqətən də istedadlı futbolçularımız çox idi. Bəzən həmin illəri xatırlayanda ürəyim isinir", – deyə Romansev vurğulayıb.