Markus Reşford icarə müddətinin başa çatmasının ardından "Barselona" ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, futbolçu mövsümöncəsi hazırlıq üçün "Mançester Yunayted"in düşərgəsinə qayıdıb.

İngiltərəli futbolçu sosial şəbəkə hesabında paylaşdığı mesajda Barselonada keçirdiyi günlərə görə kluba təşəkkür edib:

"Burada keçirdiyim vaxtı bu qədər müsbət və unudulmaz edən klubdakı hər kəsə sonsuz təşəkkür edirəm. Hər anından zövq aldım və bu xüsusi xatirələri həmişə özümlə aparacağam. Kluba və azarkeşlərə yeni mövsümdə uğurlar və böyük nailiyyətlər arzulayıram".

Reşfordun hazırda "Mançester Yunayted"in mövsümöncəsi hazırlıqlarına qoşulduğu bildirilir.