Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yığmada yeni dövrün başladığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bildirib ki, Neymar, Kasemiro və Danilo artıq Braziliya millisinin heyətində meydana çıxmayacaqlar.

Ançelottinin sözlərinə görə, 2026-cı il Dünya Çempionatı milli komanda üçün nəsil dəyişikliyinin başlanğıcı olub və bundan sonra yığma yeni futbolçular ətrafında formalaşdırılacaq. Bu qərarla Braziliya millisinin son illərdəki əsas simalarından olan üç təcrübəli futbolçunun milli karyerasına rəsmən son qoyulub.