LeBron Ceymsin "Filadelfiya Seventi Siksers"ə keçidindən sonra onun formasının satışı idman dünyasında yeni rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, bu göstərici bütün idman növləri üzrə ən yüksək nəticə kimi qeydə alınıb.

O, bu sahədə beysbolçu Şohei Otanini geridə qoyub. Otani 2023-cü ildə "Dodcers"ə qoşulanda əvvəlki rekordu müəyyən etmişdi.

LeBronun yeni klubuna keçidi zamanı satışlar onun 2018-ci ildə "Los Anceles Leykers"ə transferi zamanı qeydə alınan göstəricini də üstələyib. İlk partiya formalar cəmi 2 saat ərzində tam satılıb. Formanın sifarişi Ceymsin transferi elan olunduqdan dərhal sonra mümkün olub.