UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün ÇSKA (Sofiya) – "Qarabağ" cavab oyunu baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:00-da Vasil Levski adına Milli Stadionda təşkil olunacaq. İlk qarşılaşmada hesab açılmayıb - 0:0.

Qeyd edək ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində Bolqarıstan təmsilçisini mübarizədən kənarlaşdırsa, növbəti turda "Şerif" (Moldova) - "Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, II təsnifat mərhələsi

22:00. ÇSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 0:0