Kolumbiya millisinin vingeri Luis Dias qərarını verib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun marağına baxmayaraq "Bayern Münhen"də qalmaq istədiyini klub rəhbərliyinə bildirib.

Transferlə bağlı əsas detallar:

  • "Əl-Hilal"ın təklifi: Səudiyyə Pro Liqası təmsilçisi 29 yaşlı hücumçu üçün təxminən 70 milyon avro dəyərində təklif hazırlayırdı.

  • Futbolçunun qərarı: Münhendə özünü çox xoşbəxt hiss edən Luis Dias karierasını Bundesliqada davam etdirməyə üstünlük verib.

  • "Bayern" satmaq niyyətində deyil: Münhen təmsilçisi debüt mövsümündə möhtəşəm təsir bağışlayan kolumbiyalı ulduzunu satmağı heç vaxt nəzərdən keçirmir.