Maks Ferstappen "Red Bull"un Mayami Qran-prisində rəkipləri ilə aradakı fərqi azaltdığını və artıq bolidinə daha çox güvəndiyini bildirib.

Offsideplus.az xəbər verir ki, mövsümə pis başlayan və hələ ki, altıncı yerdən yuxarı qalxa bilməyən dördqat dünya çempionu, yenilənmiş bolid haqqında müsbət danışıb:

"Özümü daha rahat hiss edirəm. Son yarışlarda rəqiblərdən bir saniyədən çox geri qalırdıq, indi isə bu fərqi demək olar ki, yarıbayarı azaltmışıq. Bu, bizim üçün çox müsbət addımdır".

Qeyd edək ki, Ferstappen cümə günü keçirilən təsnifat mərhələsində sprint yarışı üçün 5-ci yeri tutub.