"İpsviç" doğma meydanda KPR-i məğlub edərək Çempionşipi ikinci pillədə başa vurub və Premyer Liqaya birbaşa vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, Kiran Makkenna rəhbərlik etdiyi komanda çempion "Koventri" ilə birlikdə elitaya yüksəlib.

Mövsümün böyük hissəsini "Midlsbro"nun kölgəsində keçirən "İpsviç", rəqibinin xal itkilərindən yararlanaraq "Milluoll" və "Sauthempton" ilə gərgin mübarizədən qalib çıxıb.

"Hall Siti" isə son turda "Norviç"i məğlub edərək pley-off mərhələsinə adlayıb. Bununla da, Rayan Reynoldsun sahibi olduğu "Reksem"in ardıcıl dördüncü dəfə liqa adlamaq xəyalı baş tutmayıb.

Pley-offun yarımfinallarında "Hall Siti" – "Milluoll" və "Midlsbro" – "Sauthempton" cütlükləri qarşılaşacaq. Final oyunu mayın 23-də "Uembli" stadionunda keçiriləcək.