Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olan Mayami Qran-prisində yarışın start vaxtı dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, buna bölgədəki əlverişsiz hava şəraiti səbəb olub.
Yarışın mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin olaraq üç saat gec başlayacağı gözlənilən yarışın vaxtı daha da önə çəkilib.
Beləliklə, pilotlar Bakı vaxtı ilə saat 21:00-da mübarizəyə qoşulacaqlar.
Təşkilatçılar bildiriblər ki, bu addım həm pilotların və komandaların, həm də azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.


